Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin mayı

Bakı, 28 iyul, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X   X   X

1 may. Prezident Heydər Əliyev Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Aytac Yalman ilə görüşdü.

4 may. GUÖAM-ın üzvü olan ölkələrin və bir sıra digər dövlətlərin ticarət-sənaye palatalarının rəhbərlərini qəbul etdi.

7 may. BP şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələrin təqdimat mərasimində iştirak etdi.

9 may. Faşizm üzərində qələbənin 56-cı ildönümü münasibətilə keçirilən mərasimdə nitq söylədi.

11 may. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

14 may. Türkiyənin “Mərmərə qrupu” strateji və sosial araşdırmalar vəqfinin sədri Akkan Suvərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

18 may. ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi.

21 may. AFR-in vitse-kansleri, xarici işlər naziri Yoşka Fişerlə görüşdü.

22 may. Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Ursula Şvayserin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

24 may. Bilkənd Universitetinin İdarə Heyətinin sədri professor İhsan Doğramacı ilə görüşdü.

26 may. 28 May - Respublika Gününə (Müstəqillik Günü) həsr olunmuş mərasimdə nitq söylədi.

28 may. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksini qəbul etdi.

29 may. Tələbələrin, şagirdlərin və idmançıların bir qrupuna ilk şəxsiyyət vəsiqələrini təqdimetmə mərasimində nitq söylədi.

30 may. BMT-nin Azərbaycandakı prezident-əlaqələndiricisi Ercan Murat ilə görüşdü.

31 may. MDB ölkələri dövlət başçılarının görüşündə iştirak etmək üçün Minsk şəhərinə səfər etdi.

X   X   X

2001-ci ilin mayında Bakıda GUÖAM ölkələrinin - Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanın ticarət və sənaye palatalarının ilk simpoziumu keçirildi. Mayın 4-də simpozium iştirakçıları ilə görüşən Prezident Heydər Əliyev bu tədbiri yüksək qiymətləndirdi. Simpoziumda GUÖAM ilə yanaşı, Şərqi Avropanın bir çox ölkələrinin və Baltikyanı dövlətlərin nümayəndələrinin iştirakını regionların bir-biri ilə çox sıx bağlı olması baxımından tamamilə qanunauyğun hesab etdiyini bildirdi.

1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” həm Azərbaycan iqtisadiyyatına, həm də bütün tərəfdaşlara fayda verməkdə davam edirdi. 2001-ci il mayın 7-də BP-nin layihələrinin təqdimat mərasimi keçirildi. Şirkətin rəhbəri Deyvid Vudvord və “BP Exploration”ın Azərbaycan üzrə prezidenti, “Şahdəniz” layihəsinin rəhbəri Qordon Birrel BP və onun ətrafında birləşmiş konsorsiumun fəaliyyəti və görüləcək işlər haqqında məlumat verdilər. Heydər Əliyev təqdimatı dinlədikdən sonra bu əməkdaşlığı və BP-nin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi.

Sitat: Mən böyük məmnuniyyət hissi ilə indi sizdən eşitdim ki, BP kimi dünyanın böyük, çox nəhəng şirkəti dünyanın heç bir yerində, heç bir nöqtəsində indi bizim bu layihələrə sərf edəcəyi 8-9 milyard dollar məbləğində vəsait heç vaxt xərcləməmişdir.

BP təcrübəli bir şirkətdir. Özü də əbəs yerə 1 dollar da xərcləməz. Desəm ki, 1 dollar ver, sizdən bunu almaq olmaz. Ona görə də BP yaxşı bilir ki, harada nə var. Ötən illərdə sizin, BP-nin burada olan nümayəndələrinin gördüyü iş şirkətinizin rəhbərlərinə də sübut etdi ki, burada neft var, burada qaz var. Bunların hasil olunması və nəql edilməsi üçün imkanlar var. Neft və qazın satılması üçün bazarlar vardır. BP burada özünə lazım olan mənfəəti götürə bilər.

Qeyd edək ki, əsası təxminən 30 il əvvəl - “Əsrin müqaviləsi” ilə qoyulmuş Azərbaycan-BP əməkdaşlığı bu gün də ən yüksək səviyyədədir. Ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında Böyük Britaniya şirkəti fəal tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin dediyi kimi, uzun illərdən bəri davam edən bu səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

2001-ci il mayın 21-22-də Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirildi. Prezident Heydər Əliyev Komitənin həmsədri Ursula Şvayserin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Ermənistanın işğalçı siyasətini qonaqların diqqətinə çatdıraraq Avropa İttifaqının bu məsələlərə münasibətini bildirməli olduğunu vurğuladı: “Bizim bütün işlərimizə mane olan Ermənistan-Azərbaycan münaqişəsidir. Güman edirəm, bilirsiniz ki, bu münaqişənin günahkarı biz deyilik. Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini, Dağlıq Qarabağı özünə birləşdirmək üçün bu münaqişəni başlayıbdır. Sonra bu münaqişə qanlı müharibəyə çevrilibdir və müxtəlif səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etməyə nail olubdur. İşğal edilmiş torpaqlardan bir milyon insan zorla yerindən çıxarılıb və indi artıq yeddi-səkkiz ildir ki, qaçqın vəziyyətində, əksəriyyəti çadırlarda yaşayır. Təbiidir ki, XXI əsrin əvvəlində dünyada, Qafqaz bölgəsində belə bir münaqişənin olması özlüyündə indi gedən proseslərə uyğun deyildir... Güman edirəm ki, Avropa Birliyi də bu məsələlərə öz münasibətini bildirməli və öz fəaliyyətini göstərməlidir”.

Azərbaycan müstəqillik əldə edəndən sonra vətəndaşlığı təsdiq edən sənədlərin hazırlanması lazım idi. Milli Məclis bu barədə qanunlar qəbul etmiş, aidiyyəti nazirliklər müvafiq işlər aparmışdı. 2001-ci ildə şəxsiyyət vəsiqələrinin verilməsi davam edirdi. Mayın 29-da Ulu Öndər gənclərə, qabaqcıl idmançılara ilk vətəndaşlıq vəsiqələrini şəxsən təqdim etdi. Mərasimdə nitq söyləyən Heydər Əliyev gənclərə bəslənilən ümidlərdən söz açdı, dövlət müstəqilliyini qorumağın ən ümdə vəzifə olduğunu vurğuladı.

X   X   X

Heydər Əliyevin tələbələrin, şagirdlərin və idmançıların bir qrupuna ilk şəxsiyyət vəsiqələrini təqdimetmə mərasimindəki nitqindən

• Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, onun müstəqil dövləti var, onun dövləti dünyada tanınıb və öz layiqli yerini tutur, onun dövləti Azərbaycan xalqını, ölkəmizin bütün vətəndaşlarını gələcəyə uğurla aparır.

• Necə ki bu gün mən çox böyük sevinc hissi ilə bu vəsiqələri Azərbaycanın gənc vətəndaşlarına təqdim etdim, eləcə də hər bir bölgədə, rayonda Azərbaycanın dövlət orqanının nümayəndələri, Daxili İşlər Nazirliyinin işçiləri bu vəzifəni şərəflə yerinə yetirməlidirlər. Onlar bilməlidirlər ki, bu mənim üçün - Azərbaycan Prezidenti üçün şərəfli olduğu kimi, bu işi görən hər bir Azərbaycan məmuru üçün də şərəfli olmalıdır.

• Mən dəfələrlə demişəm ki, Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Bunu bu gün də demək istəyirəm. Müstəqil Azərbaycanın atributlarından biri olan şəxsiyyət vəsiqəsinin məhz sizə - gənclərə təqdim olunması onu göstərir ki, həqiqətən, bizim ümidimiz, gələcəyimiz gənclərdir, sizsiniz.

• Dövləti daim müstəqil yaşatmaq üçün, müstəqilliyimizi əbədi etmək üçün heç vaxt arxayınlaşmaq olmaz. Əldə olunan nailiyyətlərlə heç vaxt kifayətlənmək olmaz. Bizim hər addımımız, hər bir irəliləyişimiz bizə daha da çox güc verir. Bizim hamımıza gələcəyin yolunu göstərir. Azərbaycanın Prezidenti kimi, şəxsən mən öz vəzifəmi, öz həyatımı belə təsəvvür edirəm.

• Arzu edirəm ki, siz bizdən də yaxşı işləyəsiniz, Azərbaycanı bizdən də yüksəklərə qaldırasınız. Biz bunun üçün əsas yaradırıq. Deyə bilərəm ki, çox dəyərli əsas yaradırıq. Bunun üçün siz bəlkə də bizim keçdiyimiz bu faciəli yollardan keçməyəcəksiniz. Bəlkə də bizim rastlaşdığımız təhlükələrlə üzləşməyəcəksiniz. Amma eyni zamanda, bilmək lazımdır ki, Azərbaycan bir müstəqil dövlət kimi, daim öz müstəqilliyinin qorunması keşiyində durmalıdır, iqtisadiyyatı daim inkişaf etdirməlidir. Azərbaycan vətəndaşlarının rifah halını yaxşılaşdırmalıdır.

• Azərbaycan vətənpərvərliyi, müstəqil Azərbaycana sədaqət - bunlar hər bir gəncin ümdə vəzifəsidir. Bizim təhsil ocaqlarında - həm orta məktəblərdə, həm ali məktəblərdə - hər yerdə insanları təhsilləndirənlərin hamısı bu yolla getməlidir. Kimsə bizim gənclərimizi bu yoldan sapdırmaq istəyirsə, onların qarşısı alınmalıdır. Gənclər bu barədə cəsarətli, iradəli olmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır