CƏMİYYƏT


Xətai rayonunda velosiped oğrusu yaxalanıb

Bakı, 21 avqust, AZƏRTAC 

Xətai rayonunda velosipedlər oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-dan avqustun 19-dək olan müddətdə rayon ərazisində Bakı şəhər sakini olan beş nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Bizyarkin yaxalanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3 qol saatı, 250 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən - əvvəllər məhkum olunmuşlar Quba rayon sakini R.Quliyev və Beyləqan rayon sakini B.Nərimanov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.