Xəzər Universitetinin müəlliminin məqaləsi Türkiyə mətbuatında dərc edilib
Bakı, 8 dekabr, AZƏRTAC
Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Vasif Hüseynovun həmmüəllif olduğu məqalə “Insight Turkey” jurnalında dərc olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, məqalədə İkinci Qarabağ müharibəsinin səbəbləri və nəticələri, müharibə dövründə baş verən hadisələrin təhlili, tərəflərin öhdəlikləri haqqında araşdırma və fikirlər öz əksini tapıb. Müəlliflər, Ermənistanın humanitar atəşkəs dövründə mülki əhalini hədəfə almasını vurğulayıb, müharibənin nəticələrinin münaqişə tərəflərinə necə təsir göstərəcəyini qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
KLİK Proqramı 6 ay davam edəcək
- [13:00]
Əlincə qalasında “Turan marşı”
- [12:37]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [09:21]