Yaponiya Çindən əqli mülkiyyətin mühafizəsinin gücləndirilməsini tələb edir
Tokio, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Yaponiya ilə Çin arasında işə başlayan yüksək səviyyəli iqtisadi dialoq çərçivəsində Tokio Pekini əqli mülkiyyətin mühafizəsi ilə bağlı tədbirləri gücləndirməyə çağıracaq.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin görüşdə Yaponiya tərəfindən altı nazir, o cümlədən xarici işlər naziri Taro Kono, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko və nəqliyyat naziri Keyiçi İşii iştirak edəcəklər.
Yaponiya nümayəndələri Pekini əqli mülkiyyətin, xüsusən də Çində fəaliyyət göstərən yapon şirkətlərinə məxsus texnologiyaların mühafizəsini gücləndirməyə çağırmağı planlaşdırırlar. Onların, həmçinin Çini Yaponiyanın bir sıra rayonlarında istehsal edilən kənd təsərrüfatı və digər məhsullara qadağanı aradan qaldırmağa çağırmaq niyyətində olduqları da bildirilir.
Pekin 2011-ci ildə “Fukusima-1” AES-də baş verən qəzadan sonra bu qadağaları tətbiq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]