CƏMİYYƏT


“Yay məktəbi”nin ikinci Lerik turu başa çatıb

Bakı, 19 iyul, AZƏRTAC

YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci Lerik turu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Yay məktəbi”nin sonuncu günü – iyulun 18-də gənclər ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə flaşmob təşkil ediblər.

"H.Ə. - ∞" hərflər və sonsuzluq işarəsində düzülməklə ulu öndər Heydər Əliyevin daim xalqımızın qəlbində yaşayacağına, ideyalarının əbədi olaraq Azərbaycanımızı inkişaf etdirəcəyinə, daim Heydər Əliyev siyasətinə sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.

Sonra gənclər arasında müxtəlif idman növləri üzrə yarışlara yekun vurulub, qaliblər müəyyənləşdirilib.

Günün sonunda isə bağlanış mərasimi olub.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyi ofisinin koordinatoru Elmar Məmmədov, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kübra Əliyarlı və başqaları “Gənc liderlər üçün yay məktəbləri”nin əhəmiyyəti və töhfəsi barədə danışıblar.

Bildiriblər ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Natiqlər və gənclər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın icra katibliyinə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra “Yay məktəbi” çərçivəsində keçirilən təlimlərdə, tədbirlərdə, idman və intellektual yarışlarda fərqlənən gənclər mükafatlandırılıb, gənclərin hazırladığı əyləncə-konsert proqramı təqdim olunub.

Beləliklə də gənclərin biliklərini artırmasına, bir-birləri ilə ünsiyyət əsasında dostluq əlaqələrinin qurulmasına, onlar üçün təcrübə və biliklərin mübadiləsinə şərait yaradan "Yay məktəbi" başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.