''ŞELL'' ŞİRKƏTİ ARDNŞ-LƏ BİRGƏ FƏALİYYƏTİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR
Qonaqları səmimi salamlayan Dövlət Neft Şirkətinin prezidenti ''Şell''in Azərbaycanda fəaliyyət göstərən ilk xarici şirkətlərdən olduğunu vurğularaq qeyd etmişdir ki, bu şirkətin Azərbaycan neftçiləri ilə əməkdaşlığının qədim tarixi var. ''Şell'' bu gün də Azərbaycanın neft sənayesinə böyük maraq göstərir və ARDNŞ-lə əməkdaşlığını uğurla davam etdirir.
Doktor Qavin Qraham Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin işə düşməsi münasibətilə azərbaycanlı həmkarlarını təbrik edərək bildirdi ki, sonuncu dəfə 2001-ci ildə Bakıya səfər edərkən hələ çoxlarının BTC kəməri layihəsinin işə düşəcəyinə şübhə ilə yanaşdıqlarının şahidi olub. Respublikamızda son illərdə müşahidə olunan inkişaf və tərəqqiyə heyran qaldığını bildirən ''Şell'' rəsmisi, ARDNŞ-lə əməkdaşlığın daha da möhkəmlənəcəyinə inamını ifadə etmişdir. O, hazırda təmsil etdiyi şirkətin Qazaxıstan və İranda həyata keçirdiyi layihələr haqqında ARDNŞ prezidentinə məlumat vermişdir.
Görüşdə, həmçinin ''Şell'' şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı ''İnam'' yatağına böyük maraq göstərdiyi və orada kəşfiyyat işləri aparmaq niyyətində olduğu açıqlanmışdır. Şirkətin təmsilçilərı, həmçinin neft emalı sahəsində də ARDNŞ mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq arzularını diqqətə çatdırmışlar.