® “Azeri Express” və “OBA” arasında memorandum imzalanıb
“Azeri Express” və “OBA” marketlər şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İlkin mərhələdə əməkdaşlıq çərçivəsində paytaxt və bölgələrdə yerləşən 100-dən çox “OBA” filialında “Azeri Express”in lisenziyalı poçt məntəqələri öz yerini tutacaq.
Bu məntəqələrin əsas məqsədi vətəndaşlardan əlavə olaraq sosial mediada onlayn mağaza işlədənlərin, karqo şirkətlərinin və alış-veriş platformalarının rahatlıqla öz müştərilərinə çatdırılma edə bilməsidir.
Hər iki şirkətin əsas hədəfi tezliklə bütün “OBA” marketlərində “Azeri Express” POÇT məntəqələrinin açılması və cəmiyyətimizə yüksəkkeyfiyyətli POÇT xidməti göstərməkdir.