® “Birbank Cashback” taksit kartını onlayn sifariş etmək iki qat sərfəlidir!
“Birbank Cashback” taksit kartını əldə edən müştərilər üçün yeni qazandıran kampaniya başlayıb.
Şərtlərə görə bu kartı onlayn kanallar vasitəsilə (“Birbank” rəqəmsal bankı, birbank.az və kapitalbank.az saytı) əldə edən müştərilər rəsmiləşdirilmədən sonrakı 30 gün ərzində taksit əməliyyatı etdikdə əlavə 10 AZN, digər kanallar vasitəsilə əldə edənlər isə 5 AZN keşbek qazanacaqlar.
Qazanılan bonus keşbeklər iyulun 18-dək müştərinin keşbek hesabına mədaxil ediləcək. Mayın 31-dək keçirilən kampaniya ərzində hər müştəri yalnız 1 dəfə əlavə keşbek qazana bilər.
Qeyd edək ki, bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 faizdən 30 faizədək, “Birbank”da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1 faiz keşbek qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 5 min manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin “Birbank Miles” debet kartları ilə də ay ərzində 5 min manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
“Birbank Umico” debet kartları ilə isə ay ərzində 4 min manatadək “Kapital Bank”a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 mindən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.