Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Dizayn Hekayəsi Təməllər: Galaxy S23 seriyası

Samsung Electronics-in yeni Galaxy S23 seriyası istifadəçilərə ekoloji, premium smartfon təcrübəsi təqdim edir. Lazımsız elementləri aradan qaldırmaq və üstünlüyü keyfiyyətə verməklə, Galaxy S23 seriyası Samsung-un özünün də yaxın tutduğu dəyərləri, məsələn, hər kəs üçün daha yaxşı gələcək naminə resurs dövriyyəsini təcəssüm edir.

Samsung Newsroom, yeni flaqman seriyasının fərqli dizaynının formalaşması haqqında daha çox bilgi əldə etmək üçün Galaxy S23 seriyasının bəzi dizaynerləri ilə söhbət edib.

Ekologiya hədəfli premium smartfon

S: Xahiş edirik, Galaxy S23 seriyasının “Təməlləri yaradın” adlı dizayn mövzusunu açıqlayasınız.

Bizim hədəfimiz sırf smartfonun mahiyyətinə köklənmiş dizayn yaratmaq idi. Həddindən artıq lazımsız detalların daxil edilməsi istehsalda israfa gətirib çıxarır, buna görə də biz Galaxy S23 seriyasının dizaynında yalnız cihazın təməlini təşkil edən əsas tələblərə əməl etmək qərarına gəldik.

S: Bu yanaşma Samsung Galaxy dizayn prinsiplərinin ümumi istiqaməti ilə nə cür uyğunlaşır?

Samsung Galaxy S seriyası premium dizayn anlayışının əsl mahiyyəti üzərində qurulmuş məhsul çeşididir. Galaxy S23 seriyası üçün təkcə möhtəşəm dizayn elementləri ətrafında deyil, həm də bütövlükdə bunun dünyaya təsirinə dair geniş müzakirələr apardıq. Resurs dövriyyəsi və eko-düşüncənin gündəlik həyatın ön sıralarında yer aldığı bir dövrdə yaşadığımıza görə biz də hiss edirik ki, bütün dünya öz prioritetlərini ekoya doğru dəyişdiyi üçün dizaynerlər də bu dəyərlərə söykənməlidir. Bizim dizayn yanaşmamız özündə cəsarətli dizayn qərarları və gələcəyə dair fikirləri aktiv şəkildə cəmləşdirir.

S: Galaxy dizayn komandasının həm insanları, həm də planeti nəzərə alan dizaynlar yaratmaqda hədəfləri nədir?

Bizim yanaşmamızı 5 hədəf şəklində ümumiləşdirmək olar. Birincisi, son istifadəçi məmnuniyyəti üçün dizaynlarımızda "təməl yaratmağı" hədəfləyirik. İkincisi, resurs dövriyyəsi təşəbbüslərinə dəstək olaraq biz istehsaldan tutmuş istifadə və utilizasiyaya qədər məhsulun bütün həyatı boyunca “dövriyyə yaratmaq” istəyirik. Üçüncüsü, dizaynlarımızı sadələşdirmək və sonradan resurs tullantılarını və istehsal xərclərini azaltmaq üçün “standart yaratmağa” çalışırıq. Dördüncüsü, təmirəyararlı həllər irəli sürməklə “uzunömürlülük yaratmağa” can atırıq. Nəhayət, ekoloji dəyərlərə söykənərək dizayn proseslərimizin ölçü vahidlərini müəyyənləşdirməklə “şəffaflıq yaratmağı” hədəfləyirik. Bütün Samsung Galaxy dizaynerləri bu beş məqsədi rəhbər tutur.

S: Dizayn komandasının bu məqsədlərə necə əməl etdiyi barədə daha çox məlumat verə bilərsinizmi?

Üzərimizə götürdüyümüz bütün layihələr qısa müddətli nəticələr əvəzinə uzunmüddətli görüşü nəzərə alır və dizaynlarımızda təkrar emal materiallarının aramsız istifadəsini təmin etmək üçün həmin istehsalçılarla sıx əməkdaşlıq edirik. Biz, həmçinin hər bir layihəni fərqli ideya və perspektivlərlə daha da canlandırmaqdan ötrü dizayn strategiyamızı və planlarımızı bir sıra daxili tərəfdaşla paylaşırıq. Dizayn edərkən ekoloji düşüncəni diqqətdə saxlamaq üçün aldığımız bütün rəylər üzərində düşünməyə çalışırıq.

S: Bu cür orijinal missiya ilə işləmək komanda üçün nə dərəcədə önəmlidir?

Biz informasiya mübadiləsinin sərhədsiz olduğu, həm də müvəqqəti və ya qısamüddətli təşəbbüsləri mənasız hala gətirdiyi bir dünyada yaşayırıq. Görüşlərimizin həyata keçirilməsi, eləcə də yanaşmamızın şəffaf şəkildə çatdırılması barədə diqqətlə düşünmək üçün bütün fürsətlərdən faydalanırıq. Bu missiya hissi dizaynerlər kimi bizi də həvəsləndirir və zaman keçdikcə müştərilərimizin də qətiyyətimizi anlayacağına və qiymətləndirəcəyinə inanırıq.

Samsung Galaxy kimliyi

S: Hədəf auditoriyaya əsaslanaraq Galaxy S23 seriyası üçün hazırladığınız 2 fərqli dizayn haqqında daha çox məlumat paylaşa bilərdinizmi?

İstifadəçilərin diqqətini ekrana yönləndirməkdən ötrü Galaxy S23 və S23+ nazik çərçivə ilə təchiz olunub. Digər tərəfdən çərçivənin yuvarlaq kənarları həm ekranı qoruyur, həm də istifadəçiyə rahat tutma təmin edir. Galaxy S23 Ultra-da biz kənarları kiçiltdik və həm S Pen üçün daha geniş müstəvi yaratmaq, həm daha yaxşı tutma təmin etmək, həm də istifadəçilərə böyük ekranın bütün üstünlüklərindən faydalanmaq imkanı təqdim etmək məqsədilə cihazın düz səthini bir qədər də genişləndirdik.

Dizaynı hazırlayarkən bütün lazımsız elementləri aradan qaldıraraq xətlər və müstəvilər üzərindən getməyi qərara aldıq və bunu hər üç cihazda ardıcıl şəkildə davam etdirdik. Yan düymələr, anten, dinamik və mikrofon yuvaları kimi daha incə elementlərin ölçüsü və quruluşu buna uyğun olaraq diqqətlə tənzimlənmişdi. Bundan əlavə, Galaxy S22 və S22+ modellərində kameranın konturu ləğv edilərək bütün Galaxy S23 modelləri ardıcıllıq naminə vahid kamera dizaynı ilə təchiz edilib.

S: Galaxy S23 seriyasının kamerasının fərqli dizaynının onun çalışması qədər diqqətəlayiq olması fikri ilə razısınızmı?

Hal-hazırda bazarda olan bir çox smartfon oxşar formaya malik olduğundan, cihazın kamera dizaynı məhsulu fərqləndirmək və brend kimliyini ifadə etmək üçün güclü üsula çevrilib. Buna görə Samsung Galaxy S seriyasının kamera quruluşu dizaynın unikallığını inkişaf etdirmək üçün Galaxy S21 seriyasından bəri eyni saxlanıldı.

Kameranın xarici hissəsi parlaq metaldır, daxili hissələr isə onun gücünü nümayiş etdirməkdən ötrü hamar xətlər ilə işlənib. Forma, tekstura və rəng daxil olmaqla kameranın daxili elementlərin dizaynı işığın əks olunmasını minimuma endirən ənənəvi kamera linzalarından ilhamlanaraq düşünülüb.

Təbiətdən ilhamlanmış gələcək yönlü rənglər

S: Zəhmət olmasa Galaxy S23 seriyasının əsas rənglərini təqdim edərdiniz.

Galaxy S23 seriyasının bəzi komponentləri resurs dövriyyəsinə dəstək vermək niyyətilə təkrar emal materiallarından[1] hazırlanıb. Ətraf mühitin mühafizəsi ideyasını daha da qabartmaqdan ötrü Galaxy S23 seriyası 4 rəngdə təqdim olunur ki, bu da bizim “Təbiətin çalarları” adlandırdığımız konsepsiyaya əsaslanır. Yaşıl sakit meşəni, Fantom Qara təbiətin səssiz gücünü, Lavanda gündəlik həyatın təbii enerjisini, parlaq Krem isə təbiətin istiliyini tərənnüm edir.

“Xəyali çalarlar” konsepsiyası çərçivəsində hazırladığımız dörd əlavə rəng - Laym, Mavi, Qırmızı və Qrafit[2] - yalnız onlayn satışa aid olacaq. Onlayn müştərilərə ekranda baxanda belə parlaqlığını çatdıran bəzi pozitiv və futuristik çalarlar təqdim etmək istədik. Samsung Galaxy rəng sırasına yeni əlavə olan Laym canlı və cazibədar rəng nümunəsi olaraq hazırlanıb və ümid edirik ki, istifadəçilərimiz bundan zövq alacaqlar.

S: Galaxy S23 seriyasının arxa panel şüşəsində istifadə olunan təkrar emal materialları haqqında daha geniş məlumat verərdiniz?

Plastik butulkaların təkrar emalından hazırlanan materialların rəngində sarımtıllıq hiss oluna bilərdi. Biz də bunun yekun rəngi tündləşdirəcəyindən narahat idik. Lakin emaldan sonra Krem çaların daha təbii alındığına həm təəccübləndik, həm də sevindik.

Planeti düşünərək hazırlanıb

S: Galaxy S23 seriyasının hazırlanmasında istifadə olunan təkrar emal materiallarının artırılması haqqında daha çox məlumat verə bilərsinizmi?

Galaxy S23 cihazlarının ön və arxa şüşə panellərinin orta hesabla 22%-i 2-qat təkrar emal materialı, arxa şüşə panelin içərisindəki lentin 80%-i atılmış plastik butulkalardan hazırlanıb. Bundan başqa Galaxy S23 Ultra-nın daxili komponentləri, o cümlədən S Pen və aşağı səs modullarının tərkibində okeana atılmış balıq torları və plastik butulkalardan əldə edilən təkrar emal materialından istifadə edilib. Smartfonun yan və səs düymələri isə istehsal prosesində əmələ gələn qalıq alüminiumdan hazırlanıb.

Əlavə olaraq cihazın qabı 100% təkrar emal kağızı, bəzi üzlükləri isə ya təkrar emal, ya da təbiətdə parçalanan materiallardan hazırlanıb. Bununla da Galaxy S23 seriyası resursların dövriyyəsinə dair öhdəliyinə əməl etdiyini göstərməyə çalışır.

S: İllər ərzində daha ekoyönlü qab dizaynı naminə hansı səylər göstərilib?

İlk dəfə olaraq qab dizaynında plastikdən istifadəni 2018-ci ildə azaltmağa başladıq. O zaman bir qab 14 fərqli parçadan ibarət idi, indi isə Galaxy S23 seriyasında bu sayı 6-ya[3] endirə bildik. Cihazın qabındakı təkrar emal kağız adi kağızdan daha zəif olduğuna görə mükəmməl tərkibi tapmaqdan ötrü biz geniş araşdırma apardıq, istehsal prosesini tənzimlədik və materialı saysız-hesabsız keyfiyyət yoxlamalarından keçirdik.

S: Gələcək paket dizaynlarında hansı sahələrə diqqət yetirəcəksiniz?

Biz yüksəkkeyfiyyətli təkrar emal edilmiş kağız ilə çalışmağı davam etdirəcəyik. Məqsədimiz özümüzün ərsəyə gətirdiyimiz sellülozdan hazırlanmış kağız yaratmaq, həmçinin ekodizaynlarımızı tanıtmaqdır.

Samsung, planetin sərvətlərinə qayğı ilə yanaşan, atılmış materiallardan faydalanmaqla onlara ikinci həyat verən, istifadəçilərə dürüst dəyərlər təqdim edən innovasiyaların ardınca getməyə çalışır. Samsung Galaxy S seriyası gələcək yönlü dizayn seçimləri edərkən istifadəyə yararlılıq və ekoloji fayda arasında boşluğu doldurmağa davam edəcək.

Tam yeni Galaxy S23 seriyası haqqında daha çox məlumat üçün Samsung Newsroom-u izləyin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir