CƏMİYYƏT
® İşinizi peşəkarlara əmanət edin
![](/files/galleryphoto/2023/1/1200x630/16779261403652011477_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677926140756032025_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16779261401597740081_1200x630.jpg)
“Tornado-Ş” mühafizə şirkəti ölkə ərazisində təhlükəsizlik işinin peşəkar səviyyədə təşkil olunmasında liderliyi hələ də öz əlində saxlayır. Hazırda şirkətin 40-dan çox layihəsi var və peşəkar əməkdaşları yüksək səviyyəli mühafizə işlərini layiqincə yerinə yetirirlər. “Tornado-Ş” QSC mühafizə sahəsində bir ilkə imza ataraq ölkədə onlayn idarəetmə sistemi ilə idarə olunan yeganə mühafizə şirkətidir.
Öz sahələrində sözlərini demiş şirkətlər təhlükəsizliklərini “Tornado-Ş” şirkətinə əmanət edir. 400-dən artıq ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkət olan “Facility Management Group” əməkdaşlıq etdiyi böyük şirkətlərdən biridir və hazırda da əməkdaşlar şirkətin təhlükəsizliyinə nəzarət edirlər.
Bundan əlavə, şirkət neft-qaz sahəsində Balaxanı Neft Əməliyyat Şirkəti, Bahar Enerji Əməliyyat Şirkəti, Neftçala Əməliyyat Şirkəti, bank sahəsində “Günay Bank”, “Qala Sığorta”, “Günay Sığorta”, səhiyyə sahəsində “Baku Medical Plaza”, “International Medical Centre-2”, “Medilux”, gözəllik sahəsində “Adore”, “Sabina Beauty”, aqrar-istixana sahəsində “Agroland”, “Binə Aqro”, “Zirə Aqro”nun və eləcə də kütləvi tədbirlərin təhlükəsizlik işlərini peşəkar səviyyədə həyata keçirir. Buna misal Azərbaycan Grand Prix Formula 1 layihəsini göstərmək olar. Bakıda yerləşən postlardan əlavə, Qəbələdə olan EGE yapının tikinti layihələrini, Qaradağda olan “Euro Trade” və Sumqayıt şəhərində olan “Cavid Mall”un da mühafizəsi “Tornado-Ş” mühafizə şirkətinə həvalə olunmuşdur.
Hazırda yeni əməkdaşların işə qəbulu davam edir və biz şirkət olaraq inanırıq ki, yeni əməkdaşlarımızla birgə daha çox layihələrə imza ataraq daha irəliyə addımlayacağıq.