® “Kapital Bank” Azərbaycanda ilk dəfə əməkhaqqı kartlarının ünvana çatdırılma xidmətini təqdim edir
“Kapital Bank” hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat xidmət növünü təqdim edib. Belə ki, Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və sahibkarlar “Kapital Bank”dan sifariş verdikləri əməkhaqqı kartlarını çatdırılma xidməti ilə ofislərində əldə edə bilərlər.
Bu xidmət “Müştəri Bank” vasitəsilə sifariş olunan əməkhaqqı kartlarına şamil edilir. Bunun üçün “Müştəri Bank”da kart sifariş verən zaman “Ünvana çatdırılma” xidmətini seçməklə sifariş etmək mümkündür. Çatdırılma hələlik Bakı və Abşeron üzrə mümkündür. Lakin gələcəkdə ölkənin regionlarında da həyata keçiriləcək.
Qeyd edək ki, “Müştəri Bank” vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və sair).
“Müştəri Bank” sisteminə qoşulmaq üçün “https://cb.kapitalbank.az/login” linkinə keçid etmək və ya (+99 412) 310-09-99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, “Müştəri Bank” sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.