® “OBA” Çiyələk festivalında…
Yaxın və qənaətli qonşunuz “OBA” marketlər şəbəkəsi mayın 20-də Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonda keçirilən II Çiyələk festivalında iştirak edib.
Heydər Əliyev Seyrəngahında baş tutan festivalda müxtəlif çiyələk sortları nümayiş olunub.
Ölkənin müxtəlif regionlarından qonaqların iştirak etdiyi festivalda “OBA” marketlər şəbəkəsinin stendi də nümayiş olunub. Maraqlı və əyləncəli yarışmalar keçirən şirkət festivalın qonaqları tərəfindən maraqla qarşılanıb.
Həmçinin festivala qatılan uşaqlara yerli brendimiz olan “Ecojoy wood toys” markasının hədiyyələri təqdim edilib.
Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi 6 mindən çox əməkdaşı ilə vətəndaşlara xidmət göstərməkdən qürur duyur. Şirkət, həmçinin sosial məsuliyyət layihələrində yaxından iştirak edərək cəmiyyətimizə töhfə verməyə çalışır.