® “Trendyol” 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi


Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” 50 AZN və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv edib.
Onlayn alış-veriş həvəskarları qeyd olunan və ondan yuxarı məbləğdə məhsul sifariş etdikdə pulsuz çatdırılmadan, o cümlədən evə pulsuz çatdırılmadan yararlana bilirlər. Bundan əlavə, “Trendyol’’dan ilk dəfə sifariş verən bütün istifadəçilər sifariş məbləğindən və məhsul sayından asılı olmayaraq birbaşa ünvana çatdırılma üçün ödəniş etmir.
50 AZN-dən aşağı məbləğdə olan sifarişlər üçün də yenilənmiş çatdırılma tarifləri tətbiq olunur – “Gəl al’’ nöqtəsi üçün 3.99 AZN, evə çatdırılma üçün isə 6.99 AZN sabit ödəniş edilir.
Trendyol öz istifadəçilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir. Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var.
Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [16:09]
® “Expressbank” II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib
- 19.05.2025 [15:54]
® “Birbank Biznes” Qəbələdə sahibkarlarla bir araya gəlib
- 19.05.2025 [15:54]
Azərbaycandan 10-dək ölkəyə süfrə yumurtası ixrac edilir
- 19.05.2025 [15:37]
Bu ilin dörd ayında Azərbaycanı 735 mindən çox qonaq ziyarət edib
- 19.05.2025 [13:44]