® “Ürəklər”ini paylaş, hədiyyə qazan!
“Kapital Bank” “BirBank” istifadəçiləri üçün yeni hədiyyəli müsabiqə keçirir. Şərtlərə görə, sosial şəbəkə istifadəçilərinin “BirBank”da topladıqları “ürəkləri” “screeshoot” edib bu “ürəklər”i ən çox hansı ödənişlərdə qazandıqlarını qeyd edib, hamıya açıq formada (“public”) “#birbank” və “#urekler” həştəqi ilə paylaşmaq lazımdır.
Martın 13-ü saat 23:59-dək davam edəcək müsabiqənin iştirakçıları arasından martın 14-də təsadüfü seçim vasitəsilə 3 qalib seçiləcək. Birinci yerin sahibi “iPhone 8”, ikincin yerin sahibi “iWatch 4”, üçüncü yerin sahibi isə “AirPods” qulaqcığı qazanacaq.
Məlumat verdiyimiz kimi, “Kapital Bank”ın “BirBank” tətbiqinin istifadəçiləri POS terminal, internet və “BirBank” vasitəsilə ödənişlər edərək “ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb müxtəlif hədiyyələrə dəyişmək mümkündür.
Qeyd edək ki, “BirBank” vasitəsilə “Kapital Bank”a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşulmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz - www.kapitalbank.az/tariffs.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.