® Vətəndaşları işlə təmin edəcək layihə - Türkiyə şirkəti Azərbaycanda!
Türkiyənin termal turizm şirkətlərindən biri olan “Hattuşa Tətil Klubu” fevralın 17-si Bakıda “Four Season” hotelində Azərbaycandakı layihəsi ilə bağlı tədbir keçirib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və “Hattuşa Azərbaycan” layihəsinin ortağı Ənvər Qədimbəyli iştirak edib.
Mərasimdə çıxış edən şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan “Hattuşa” şəbəkəsi barədə məlumat verib.
“Doğan Jeotermal Şirkətlər Qrupu”nun əsas firması olan DOĞAN JEOTERMAL 1990-cı ildən etibarən ekoloji cəhətdən təmiz bərpa olunan enerjinin bütün sahələrində (geotermal, külək, günəş, hidroelektrik, bioqaz və biokütlə), eləcə də infrastruktur və üst quruluşun tikintisi, sənaye obyektləri, korporativ mənzil və sənaye binalarının tikintisi sahəsində fəaliyyət göstərir. Təxminən 5000 işçisi ilə Türkiyədə və bölgədə dəyər yaradan ən önəmli müəssisələrdən biridir.
“Doğan Jeotermal Şirkətlər Qrupu” 2000-ci illərin əvvəllərində termal sağlamlıq turizmi sahəsinə sərmayə qoymağa qərar vermiş və klubun termal sağlamlıq turizmi brendi olan “Hattuşa Vacation Thermal Club” layihəsi bu şəkildə yaranıb.
Türkiyədə bu sahədə ən yaxşı yerlərdə 6 layihəsi var.
“Hattuşa Vacation Thermal Club” təxminən 10 mindən çox yataq tutumu, qonaq məmnuniyyətini əsas prinsip kimi qəbul edən xidmət keyfiyyəti və standartları ilə Türkiyənin termal sağlamlıq turizmi sektorunda lider və beynəlxalq markaya çevrilib.
Azərbaycanda Termal Sağlamlıq Turizminin ölkə üçün üstünlükləri belədir:
- 12 aylıq turizm imkanı;
- Daimi iş;
- İnvestisiya və biznesin rentabelliyi;
- Yüksək doluluq və tələbat.
Hattuşa Azərbaycan “Hattuşa Tətil Klubu” investisiyası və Hattuşa mübadilə sistemi sayəsində Türkiyə, Avropa və digər dünya ölkələrindən Azərbaycana tətil məqsədi ilə gələn turistlərin sayının çox qısa müddətdə gözləniləndən çox yüksək rəqəmlərə çatdırılması və Azərbaycan iqtisadiyyatına töhfə verilməsini hədəfləyir.
“Taymşer” (Hattuşa Tətil Klubu) ilə Termal Sağlamlıq Turizmi bir-birindən ayrılmaz hala gəlib. “Taymşer” deyəndə artıq ağıla termal, termal deyəndə “taymşer” gəlir.
Üzvü olduğumuz “RCI - Resort Condominiums International” dünyanın ən böyük taymşer mübadilə şirkətidir. Xallara əsaslanan mübadilə sisteminin qabaqcıllarındandır.
- Ən yüksək keyfiyyət;
- Bütün RCI obyektləri keyfiyyət standartlarına cavab verməlidir. Üzvlərin rəylərinə əsasən, bu standartlardan aşağı olan obyektlər sistemdən çıxarılır;
- Limitsiz seçimlər;
- Üzvlər dünyanın ən böyük tətil şəbəkəsindən faydalanmaqla yanaşı, “Wyndham Group”, “Hoseasons”, “Cottages.com” və bir çox digər tətil brendləri ilə də mübadilə edə bilərlər.
- RCI dünyada sağlamlıq və təhlükəsizlik proqramını həyata keçirən yeganə “taymşer” mübadilə şirkətidir.
- 6 qitədə 100-dən çox ölkədə 4500 filialı var.
“Hattuşa Azərbaycan” layihəsi azərbaycanlı önəmli iş adamı Ənvər Qədimbəyli ilə birgə həyata keçiriləcək. “Hattuşa Tətil Klubu” investisiya, termal sağlamlıq turizmi və taymşer beynəlxalq mübadilə sistemi (RCI) konsepsiyası çərçivəsində Azərbaycan turizm sektoru başda olmaqla Azərbaycan iqtisadiyyatına fayda verəcək bir investisiya olacaq.
“Yerli və milli bərpa olunan enerji mənbəyi olan geotermal enerji mənbəyindən istifadə edəcək bu investisiya “Hattuşa Tətil Klubu”nun Türkiyədəki obyektlərində tətbiq olunan xidmət keyfiyyəti və standartları ilə həm hotel, həm də “taymşer” konsepsiyasının birlikdə tətbiq edildiyi, il boyu yüksək doluluq dərəcəsi ilə inşaat, satış marketinqi və biznes dövründə də bir çox Azərbaycan vətəndaşını işlə təmin edəcək bir investisiya özəlliyi daşıyacaq”, - deyə Mehmet Ali Doğan bildirib.