® “Azeronline”da müqavilələr “SİMA İmza” ilə tam rəqəmsal!
“SİMA” rəqəmsal imzanın “Azeronline” internet provayderi tərəfindən abunəçi müqavilələrinin imzalanması prosesində tətbiqinə başlanılıb.
Tətbiq edilən innovativ həll sayəsində xidmətə qoşulma prosesi tam elektron formata keçirilib, kağız sənəd dövriyyəsinə olan ehtiyac əhəmiyyətli dərəcədə azaldılıb.
Yeni sistem çərçivəsində “Azeronline” abunəçiləri müqavilələri “SİMA İmza” tətbiqi vasitəsilə məsafədən və təhlükəsiz şəkildə imzalaya bilirlər. Bununla da müqavilənin imzalanması prosesi heç bir fiziki müraciət olmadan bir neçə dəqiqə ərzində tamamlanır.
Müqavilələrin rəqəmsallaşdırılması xidmətə qoşulma müddətini əhəmiyyətli dərəcədə qısaldacaq, əməliyyatların çevikliyini və səmərəliliyini artıracaq.
“SİMA İmza” haqqında
“SİMA” yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Bu həll istifadəçilərə sənədləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. Vətəndaşlar “SİMA” rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən, mobil tətbiq vasitəsilə ödənişsiz əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [10:38]
Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO
- 20.09.2026 [09:30]
Azərbaycanda Neftçilər Günü qeyd edilir
- 19.09.2026 [21:16]
Sürücülərin nəzərinə
- 19.09.2026 [20:22]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [13:50]
Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb
- 19.09.2026 [10:11]
Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]