Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO
Bakı, 20 sentyabr, AZƏRTAC
Bakıdan şimal-şərqə doğru 110 kilometr irəliləyirik. Şəhərin səs-küyündən uzaqda, Xəzərin qoynunda bizi tamam başqa bir həyat qarşılayır. Bura Azərbaycanın neft tarixində xüsusi yeri olan Neft Daşlarıdır. Dənizin ortasında salınan bu qəsəbə uzun illərdir neftçilərin iş və yaşayış məkanıdır. Burada yalnız neft hasil edilmir, insanların gündəlik həyatı üçün də bütün zəruri şərait yaradılıb. Neft Daşlarında 34 ildir çalışan Elxan Atakişiyev yataqda neft və qaz hasilatının hazırkı göstəriciləri barədə məlumat verib. Burada yaşayış binaları, istirahət parkı, çay evi, yeməkxana, müxtəlif ictimai iaşə obyektləri və çörək sexi fəaliyyət göstərir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.