İDMAN
"Rusiya 2018": Portuqaliya və İspaniya səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 25-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının "B" qrupunun sonuncu turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, on ikinci günün sonuncu oyununda meydana “B” qrupunda yer alan İran və Portuqaliya komandaları çıxıblar. İranlılar sonuncu dəqiqədə vurduqları qolla məğlubiyyətdən xilas ola biliblər - 1:1.
Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Mərakeş və İspaniya komandaları arasında keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, İspaniya millisi qrup birincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, mundialın səkkizdəbir final mərhələsində İspaniya Rusiya ilə, Portuqaliya millisi isə Uruqvay yığması ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:49]
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
- 08.05.2024 [17:48]
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb
- 08.05.2024 [17:46]
“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur
- 08.05.2024 [17:31]
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]