"Beşiktaş" klubu 15-ci dəfə Türkiyə çempionu olub
Bakı, 27 may, AZƏRTAC
"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub.
AZƏRTAC xəbər verir ki, Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib.
XXXIII turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub.
Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
- 05.06.2026 [10:03]