"Breşia" futbol klubunun prezidenti İtaliya çempionatının yaxın vaxtda bərpa olunmasının əleyhinədir
Bakı, 3 aprel, AZƏRTAC
Futbol üzrə İtaliya çempionatında - A seriyasında çıxış edən "Breşia" klubunun sahibi Massimo Çellino qarşıdakı həftələrdə matçların yenidən başlamasına dair müzakirələrə sərt etiraz edib. O, belə bir qərarın qəbul olunacağı təqdirdə komandasının çempionatda iştirakına icazə verməyəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, M.Çellino "La Gazzetta dello Sport"a açıqlamasında ölkə çempionatının mayın 20-də və ya iyunun əvvəlində davam etdirilməsi məsələsinin gündəmə çıxarılmasını ciddi şəkildə tənqid edib. O, qəzetə açıqlamasında deyib: "Məlum səbəblərə görə çempionat davam etdirilməməlidir. Bu mövsümü itirməyimizlə yanaşı, növbəti mövsümün də təşkilini sual altında qoya bilərik".
Komandasının təmsil etdiyi şəhərdə - Breşiada vəziyyətin kritik olduğunu vurğulayan klubun sahibi bildirib: "Breşiada cənazələr yük avtomobilləri ilə daşınır. Pandemiyanın mərkəzindəyik. Əgər bizə "Oynayın!" deyərlərsə, komandanın çempionatda iştirakına icazə verməyəcəyəm. Bunun üçün bütün oyunlarda texniki məğlubiyyətə, hətta ikinci liqaya düşməyi də nəzərə alıram. Onsuz da oynadığımız oyunla buna layiqik".
Xatırladaq ki, "Breşia" klubu 26-cı turda dayandırılan İtaliya çempionatında sonuncu - 20-ci pillədə qərarlaşıb. Aktivində 16 xal olan komanda 19-cu sıradakı "SPAL" komandasından 2, 18-ci yerdə qərarlaşan "Leççe"dən 9 xal geri qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [10:25]
LANDAU şahmat festivalı başa çatıb
- 23.06.2026 [09:11]
Dünya çempionatı: Əlcəzair İordaniyanı üstələyib
- 23.06.2026 [06:50]
Dünya çempionatı: Norveç millisi qələbə qazanıb
- 23.06.2026 [06:45]
Dünya çempionatı: Fransa millisi İraqı məğlub edib
- 23.06.2026 [01:26]
Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar
- 22.06.2026 [23:08]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [21:56]
Messi dünya çempionatları tarixinin bombardiri olub
- 22.06.2026 [21:22]
Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir
- 22.06.2026 [23:51]
Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
- 22.06.2026 [23:42]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [23:08]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
- 22.06.2026 [23:01]
Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq
- 22.06.2026 [22:35]
Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub
- 22.06.2026 [22:21]
Messi dünya çempionatları tarixinin bombardiri olub
- 22.06.2026 [21:56]
Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib
- 22.06.2026 [21:30]
Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir
- 22.06.2026 [21:22]
Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar
- 22.06.2026 [21:06]
Rubio bu həftə Yaxın Şərqə səfər edəcək
- 22.06.2026 [21:03]
Bu saata olan əsas xəbərlər
- 22.06.2026 [20:00]
Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH
- 22.06.2026 [19:57]
Rəssam Röya Həsən: Natəvan adı mənəvi gözəlliyin simvoluna çevrilib
- 22.06.2026 [19:42]
Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir
- 22.06.2026 [19:37]
Gürcüstanda əcnəbilərlə bağlı qanunun tələbləri sərtləşdirilir
- 22.06.2026 [19:33]
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
- 22.06.2026 [19:18]
Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
- 22.06.2026 [18:59]
“20 il, 2 ürək, 1 həyat”
- 22.06.2026 [18:26]
BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
- 22.06.2026 [18:13]