"Dream Fest” iştirakçıları üçün xüsusi avtobuslar ayrılıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 23-26-da Bakıda keçiriləcək “Dream Fest” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən “Sea Breeze”ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək.
“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]