"Kəpəz" klubu çempionatın ikinci hissəsinə ölkə daxilində hazırlaşacaq
Bakı, 4 yanvar, AZƏRTAC
Gəncənin “Kəpəz” klubu futbol üzrə Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək. Klubun hazırlıq planı iki hissədən ibarətdir.
AZƏRTAC xəbər verir ki, "Kəpəz" əvvəlcə Yevlaxda məşq edəcək. Komanda yanvarın 10-da Yevlaxda toplanacaq və burada bir həftə müddətində fiziki hazırlıq keçəcək. Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda yanvarın 20-dən 28-dək paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.
Hazırlıq planına əsasən, Gəncə təmsilçisi üç yoxlama oyunu keçirəcək. Bu görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]