"Neftçi" "Zirə"yə qalib gəlib
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının IV turunun "Neftçi" - "Zirə" matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, oyunda hesabı "Neftçi" açıb.
"Neftçi"nin hücumçusu Qodfrey Donyo 14-cü dəqiqədə fərqlənib. Hamidu Keyta 54-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirsə də, Azər Əliyev 79-cu dəqiqədə qələbə topunu vurub.
Bununla da "Neftçi" xalını 9-a yüksəldib. "Zirə" isə 4 xalda qalıb.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la qolsuz heç-heçə edib. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları sabah, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]