"Qalatasaray" - "Fənərbağça" oyunu tanınmış hakimə tapşırılıb
Bakı, 20 fevral, AZƏRTAC
Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın XXV turunun "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakimın adını açıqlayıb.
AZƏRTAC TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, prinsipial qarşılaşma sloveniyalı FIFA referisi Slavko Vinçiçə həvalə edilib.
Yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.
Slavko Vinçiç ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Niderlandda PSV və İtaliyanın “Yuventus” klubları arasında keçirilmiş cavab oyununu (3:1) idarə edib.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]