"Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib
Bakı, 27 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Kvabena Ovusu, 55-ci dəqiqədə Kvabena Ovusu, 64 və 72-ci dəqiqələrdə Ramil Şeydayev vurub.
Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 9-da çatdırıb. Ağdam təmsilçisi hələlik "Qəbələ", "Sabah" və "Neftçi" ilə eyni xala malikdir. Bir xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.
Qeyd edək ki, günün ilk görüşündə "Səbail" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.
Turun ilk 2 oyununda "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edibsə, "Neftçi" "Zirə"yə qalib gəlməyi bacarıb - 2:1. Tura avqustun 28-də keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]