Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABADA rəhbəri: Daha sərhədlərdə TIR-ların uzun növbələri olmur - MÜSAHİBƏ

ABADA rəhbəri: Daha sərhədlərdə TIR-ların uzun növbələri olmur -  MÜSAHİBƏ

Bakı, 24 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” Azərbaycanın 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün müəyyən edilmiş hədəflərə nail olmaq məqsədilə müəyyən edilən tapşırıqlar fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Milli avtodaşıyıcılarımızın maraqlarının və mənafelərinin qorunması, daşımalar prosesində onların rastlaşdıqları problemlərin həll edilməsi, “Şərq-Qərb”, “Şimal-Cənub” TRACECA və Trans-Xəzər beynəlxalq dəhlizlərində daşıyıcılarımızın xüsusi çəkilərinin artması nailiyyətlərimizin əsasını təşkil edir.

Bu sözləri Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov bildirib. AZƏRTAC Həbib Həsənov ilə olan müsahibəni təqdim edir.

-2023-cü ildə ABADA-nın fəaliyyətini necə qiymətləndirirsiniz? Builki nailiyyətləriniz barədə məlumat verərdiniz.

Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında göstəricilər üzrə davamlı artım müşahidə olunur. Avtomobil nəqliyyatı xidmətləri bazarının genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq daşımalar bazarı 2022-ci ilin 1-ci yarım ilində 135.070 ədəd olduğu halda, 2023-cü ilin müvafiq dövründə 153.872 ədəd təşkil edib ki, bu da 13.9 faiz böyümə deməkdir. Cari ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə daha sıx əməkdaşlıq nəticəsində bir sıra nailiyyətlər əldə edilib. ABADA-nın Tədris Mərkəzində BYD (Karnet -TIR) sistemi ilə yüklərin beynəlxalq daşımasına, təhlükəli yükləri (ADR Konvensiyası) daşıyan sürücülərin və həmçinin beynəlxalq daşımalar üzrə operatorların məsul şəxslərinin hazırlığının səviyyəsi və keyfiyyəti xeyli yaxşılaşıb. Cari ildə ABADA-nın Tədris Mərkəzində 2341 şəxs xüsusi təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında 8 aprel 2022-ci il 149 nömrəli Qərarında təsbit olunmuş sürücülərin Peşəkarlıq Səriştəsi ilə bağlı hazırlığın keçirilməsi üzrə tədris proqramları ABADA-da uğurla həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzalanmış Memoranduma əsasən, "İcazə" blanklarının bölgüsünün aparılması üçün təşkilatı texniki işlər, informasiya bazasının formalaşdırılması, proqram təminatının təkmilləşdirilməsi və saxlanması üzrə öhdəliklər ABADA tərəfindən yerinə yetirilib. Dövlət Gömrük Komitəsi ilə elektron əmtəə-nəqliyyat qaiməsinin (e-SMR) və elektron Karnet-TIR (e-TİR) kitabçalarının tətbiqi, eyni zamanda, BYD kitabçasının rəqəmsallaşdırılması, NCTS platforması üzərində T1 təminat sənədinin tətbiqi ABADA-nın uğurlarındandır. ABADA-nın mütəmadi olaraq daşıyıcılarının menafelərinin qorunması üçün verdiyi təklifləri nəzərə alaraq, cari ildə “Gömrük Məcəlləsi”, “Vergilər Məcəlləsi”, “Dövlət rüsumu haqqında“ normativ-hüquqi sənədlərdə edilən əlavələr və dəyişikliklər, ABADA-nın nailiyyəti hesab edilir. Avtomobil daşımaları üzrə beynəlxalq təşkilatlar olan İRU, BSEQ-URTA, TRACECA və digərləri ilə Azərbaycan avtodaşıyıcılarının inkişafı ilə bağlı aparılan işlər davam etdirilir.

- Azərbaycan beynəlxalq daşımalar sahəsində hansı ölkənin təcrübəsini öyrənir və beynəlxalq daşımaların potensialının artırılması üçün Azərbaycan təcrübəsindən yararlanan ölkələr varmı?

Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının sərhəd məntəqələrindən buraxılan malların və nəqliyyat vasitələrinin yoxlanılmasında bir pəncərə prinsipi” tətbiq edilib. Belə ki, xarici ölkələrin daşıyıcıları və yerli daşıyıcılar ölkəmizə daxil olarkən sərhəd məntəqələrində yerləşən fitosanitar, baytarlıq, nəqliyyat, sığorta və s. yoxlamalardan ayrı-ayrılıqda deyil, bütün sərhədləri bir pəncərədən təhvil verərək yoxlanılır və nəqliyyat vasitələri qısa müddət ərzində sərhədi keçirlər. Bu təcrübə Azərbaycan ilə qonşu olan Gürcüstan, Rusiya və digər ölkələrdə sonradan tətbiq edilib. Hazırda dünya ölkələrinin 70 faizi bu prinsipi tətbiq edib. Nəticədə əvvəllər sərhəd-keçid prosedurlarına ayrılan 3-4 saat indi 25 dəqiqəyə enib. Gözləmələr, vaxt itkisi, əlavə xərclər aradan qaldırılıb.

Bundan əlavə, ölkə Prezidentinin digər sərəncamı ilə sərhəd-keçid məntəqələrində ixrac məhsullarının daha tez təyinat məntəqəsinə çatdırılması üçün “Yaşıl dəhliz” zolağının tətbiqi, xarici ölkələr tərəfindən bizim təcrübəmizdən yaralanaraq tətbiq edilib. Eyni zamanda, nəqliyyat vasitəsi sərhəd məntəqəsinə çatmamış əmtəə-nəqliyyat qaiməsi və digər sənədlər gömrük orqanlarına onlayn rejimdə göndərilir və bu prosedur Azərbaycanda xarici ölkələrə nisbətən tez tətbiq edilib.

- Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutu üzrə yük axınının davamlı olması və bu yükdaşımalarının həcminin artırılması üçün ABADA tərəfindən hansı işlər görülür?

Beynəlxalq avtomobil daşımaları fəaliyyətinin asanlaşdırılması üçün ABADA 2024-cü ildə öz fəaliyyətini bu istiqamətdə davam etdirəcək. Milli avtodaşıyıcılarımızın xarici ölkələrin avtonəqliyyat xidmətləri bazarında xüsusi çəkilərinin artırılması, onların xarici ölkələrin daşıyıcıları ilə münasibətdə rəqabətlilik qabiliyyətlərinin yüksəldilməsi, daşımalar prosesində yaranan süni maneələrin aradan qaldırılması məqsədilə, yeni layihələr və təkliflər üzərində işlərimizi artıracağıq. Əsas diqqəti “Şərq-Qərb”, “Şimal-Cənub” TRACECA və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və həmin dəhlizlərin rəqəmsallaşdırılması məqsədilə yeni layihələrə yönəldəcək, elektron əmtəə-nəqliyyat qaiməsi (e-SMR) elektron Kanet-TIR (e-TİR) tətbiqinin genişləndirilməsi üçün çalışacağıq. Həmçinin Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığı daha da intensivləşdirəcəyik. Azərbaycanda, Xəzər dənizi regionunda nəqliyyat və logistikanın inkişafı üçün hazırlanan layihələrin həyata keçirilməsi məqsədilə səlahiyyətlərimiz daxilində tədbirlər görüləcək.

- Zamanla beynəlxalq daşımalarda iştirak edən Azərbaycana məxsus TIR-ların bəzən müxtəlif səbəblərdən gömrük-keçid məntəqəsində növbələrdə qaldığının şahidi olmuşuq. ABADA bu problemlərin qarşısını almaq üçün hansı addımlar atır?

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınının davamlı olması üçün ABADA tərəfindən ardıcıl işlər görülür. Bildiyiniz kimi, Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu Orta Dəhliz kimi də adlandırılır. Çin Xalq Respublikasını Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə birləşdirən və Şimal marşrutuna (Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa) alternativ olan multimodal nəqliyyat dəhlizidir. Dəhliz Çin və Qazaxıstan sərhədindən başlayaraq, Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə Ukraynaya, Bolqarıstan və Rumıniyaya qədər uzanır. Hazırda Rusiya və Ukrayna arasında davam edən münaqişə ilə bağlı tətbiq edilən sanksiyalar nəticəsində Şimal marşrutunda yaranmış çətinliklər, Orta Dəhlizin əhəmiyyətini xeyli artırıb. Orta Dəhliz üzrə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, ÇXR və Polşanın dövlət və özəl müəssisələrinin tərəfdaşlığı ilə fəaliyyət göstərən Orta Dəhliz üzrə yüklərin rahat, təhlükəsiz daşınması təmin edilir. ABADA sərhəd məntəqələrində növbələrin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi ilə mütəmadi görüşlər keçirir. Bunun nəticəsidir ki, DGK tərəfindən sərhədlərdə elektron növbə sistemi yaradılıb. Növbəsi çatan nəqliyyat vasitəsinə SMS ilə məlumat verilir və maşın keçidə yaxınlaşır. Eyni zamanda, sürücülər onlayn rejimdə sərhəd məntəqələrində növbələri izləyə bilirlər. Artıq sərhədlərdə uzun növbələr müşahidə edilmir.

-ABADA-nın 2024-cü ildə plan və hədəfləri nələrdir?

ABADA Orta Dəhliz üzrə yük axınının davamlı olması üçün tədbirlər həyata keçirir. Qeyd etmək istəyirəm ki, oktyabrın 26-27-də ABADA-nın təklifi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Assosiasiyalarının Konfederasiyası (BSEQ-URTA) Baş Assambleyasının 42-ci Sessiyası Bakı şəhərində keçirilib. Sessiyada 15-dən artıq xarici ölkənin assosiasiyalarının rəhbərləri, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) prezidenti və baş katibi iştirak ediblər. Sessiyada müzakirə olunan digər məsələlərlə yanaşı Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun səmərəliliyi və effektivliyi qeyd edilib. Yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. ABADA Orta Dəhlizin inkişafı üçün səlahiyyətləri daxilində işlərin görülməsini davamlı həyata keçirəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb