Abbas Abbasov: Neokolonializmə qarşı fəaliyyətimizi davam etdirəcəyik
Bakı, 21 oktyabr, AZƏRTAC
Neokolonializmə qarşı mübarizəmiz davam edəcək və biz beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi artıq yekunlaşmaq üzrədir. Bu proses yekunlaşdıqdan sonra Bakı Təşəbbüs Qrupu olaraq neokolonializmlə bağlı mübarizədə fəaliyyət bizim tərəfimizdən həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
Neokolonializmə qarşı mübarizənin müstəmləkəçilikdən zərər çəkən bütün regionları əhatə edəcəyini bildirən A.Abbasov qərargahın həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə beynəlxalq konfranslar keçirməyə davam edəcəyini deyib: “Qərargah ofisinin missiyası ondan ibarətdir ki, həm ölkə daxilində, həm ölkə xaricində Bakı Təşəbbüs Qrupunun fəaliyyətini təmin etsin, müstəmləkəçilikdən zərər çəkən regionlarla əməkdaşlığı davam etdirsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]