Abdulla bəy Divanbəyoğlunun kitabı Türkiyədə nəşr olunub
Bakı, 25 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi üzrə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə üzrə görkəmli nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” povestinin nəşri başa çatdırılıb.
Abdulla bəy Divanbəyoğlu əsərləri ilə Azərbaycanda çağdaş təhsilin inkişafı və maarifçilik hərəkatına mühüm töhfələr vermiş bir addır. XX əsrin əvvəllərindəki dövrün mürəkkəb, sinfi ziddiyyətlərlə dolu səhnələri, Azərbaycan qadınının keçmiş acınacaqlı həyatı “Can yanğısı” povestinin əsas mövzusudur.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [20:44]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]