Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Abrau-Durso” “Şəki Şərab” zavodunda köpüklənən şərabların istehsalına başlayıb

Azərbaycan ərazisində üzümçülük və şərabçılıq tarixini əks etdirən şərabçılıq muzeyi açılıb

 

Bakı, 12 iyun, AZƏRTAC

“Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycanda özünün investisiya fəaliyyətinin nəticələrini nümayiş etdirib - modernləşdirilmiş “Şəki Şərab” zavodunun rəsmi açılışını edib və köpüklənən şərabların süzülməsinin ən yeni xəttini təqdim edib. İstehsalı rəsmi olaraq Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və “Abrau-Durso” ŞQ-nin sahibi Boris Titov işə salıblar. İnvestor regionda enoturizmin inkişafının mühüm rol oynadığını qeyd edib - müəssisədə “Az Abrau Muzeyi” açılıb, Azərbaycan ərazisində üzümçülük və şərabçılıq tarixini əks etdirən ekspozisiya təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Abrau-Durso” ŞQ Azərbaycanda investisiya layihəsini 2021-ci ilin sonunda elan edib. Həmin vaxt qrup “Şəki Şərab” şərab zavodunun özəlləşdirilməsi üzrə müsabiqənin qalibi olub. Ötən dövr ərzində “Abrau-Durso” tərəfindən böyük həcmdə işlər görülüb: istehsal prosesi modernləşdirilib, köpüklənən şərabın istehsalı və süzülməsi üçün avadanlıq alınıb və quraşdırılıb, üzüm bağlarının salınması üçün ümumilikdə 430 hektar torpaq sahəsi alınıb, meynələrin əkilməsi üçün hazırlıq işləri görülüb.

İyunun 9-da “Şəki Şərab” zavodunda köpüklənən şərab istehsalının saatda 4000 butulka istehsal gücü ilə ən yeni xətti işə salınıb. Süzülən ilk şərab “Abrau International” Azərbaycan ərazisində yetişdirilən yerli və beynəlxalq üzüm sortlarından hazırlanan köpüklənən şərabdır. Köpüklənən şərab həm ölkə ərazisində satışa çıxarılacaq, həm də digər ölkələrə ixrac olunacaq.

Müəssisənin ərazisində unikal şərab muzeyi - “Az Abrau Muzeyi” açılıb, Azərbaycanda zəngin üzümçülük və şərabçılıq mədəniyyətinin tarixini əks etdirən ekspozisiya təqdim olunub. Muzey öz qonaqları üçün fəaliyyət göstərən müəssisəni ziyarət etmək və şərab istehsalı prosesi ilə tanış olmaq imkanı yaradacaq. “Az Abrau Muzeyi” bu regiona səfərlər üçün mühüm cəlbedici mərkəzə və öz tarixi ilə məşhur olan Şəkidə turistlərin görməli olduğu əsas məkana çevriləcək.

“Üzümçülük və şərabçılıq Azərbaycan iqtisadiyyatının mühüm inkişaf istiqamətləridir. Ölkəmizin şərabçılıq ənənələrinin 100 ildən çox yaşı var, lakin sahənin inkişafı, bu il Azərbaycanda və onun hüdudlarından kənarda anadan olmasının 100 illiyi geniş qeyd olunan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində xüsusilə geniş vüsət alıb. Bu gün “Abrau-Durso” kimi bu cür bilik və təcrübəyə malik olan investorun cəlb edilməsi müəssisəni yeni səviyyəyə yüksəldir. Regiona həm daxili, həm də xarici turistləri cəlb edən turizm infrastrukturunun inkişafına da diqqət yetirilməsi sevindirici haldır”, - deyə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib.

“Biz “Şəki Şərab” zavodunun özəlləşdirilməsi üzrə müsabiqədə qalib olandan indiyədək böyük işlər görmüşük. Bu gün “Abrau-Durso” ŞQ ilkin olaraq təyin edilmiş investisiya məbləğlərini üstələyərək öz öhdəliklərini tam şəkildə yerinə yetirib. Qrup tərəfindən müəssisəyə, resurs bazasına və infrastruktura yatırılan vəsaitlərin ümumi həcmi 6,6 milyon avro təşkil edib. “Abru-Durso” gələcəkdə Azərbaycan ərazisində, ilk növbədə, burada istehsal olunan şərabların marketinqinə və “1870 Abrau Durso” qastronomiya layihəsinin inkişaf etdirilməsinə diqqət yönəldəcək”, - deyə “Abrau-Durso” ŞQ-nin əsas səhmdarı Boris Titov qeyd edib.

“Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Biz çox şadıq ki, “Abrau-Durso” Azərbaycanda öz biznes fəaliyyətini genişləndirməyə qərar verib və şərabçılıq zavodu açıb. Əminəm ki, bu şirkətin təcrübə və vərdişləri bizə yeni zirvələrə çatmaq və beynəlxalq bazarlarda şərabçılıq məhsullarımızı uğurla təqdim etmək imkanı yaradacaq”, - deyə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev qeyd edib.

Tədbirdə, həmçinin Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Yalçın Adıgözəlov, tanınmış yazıçı Çingiz Abdullayev və digər şəxslər iştirak edib. Tədbirin xüsusi qonağı Rusiyanın məşhur teatr və kino aktyoru Leonid Yarmolnik olub.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu altında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin və Azərbaycanın unikal “Odlar Yurdu” folklor rəqs ansamblının çıxış etdiyi musiqi proqramı qonaqlara təqdim olunub. Xüsusi olaraq Krasnodar diyarından bu tədbirə təşrif buyurmuş “Kumovya” folk-kvarteti qonaqları Rusiyanın cənubunun musiqi ənənələri ilə tanış edib.

Arayış:

“Abrau-Durso” ŞQ-nin Azərbaycanda əldə etdiyi üzümçülük üçün yararlı torpaqların böyük hissəsi Qarabağ iqtisadi zonasının Füzuli rayonunda yerləşir. Burada yerli “mədrəsə” və beynəlxalq “rkatsiteli” sortları əkilib. Hazırda mövcud olan üzüm bağlarının ümumi sahəsi 100 hektar təşkil edir, gələcəkdə əlavə olaraq 300 hektar sahədə də üzüm bağlarının salınması nəzərdə tutulur. Eləcə də Şəki rayonunda şərab zavodunun bilavasitə yaxınlığında yerləşən 30 hektarlıq ikinci sahədə Azərbaycanın “mədrəsə” və “bayanşirə” adlı məşhur üzüm sortlarının əkilməsi planlaşdırılır.

Bu gün “Şəki Şərab”ın ərazisində Azərbaycanın unikal üzüm sortlarından “Az Abrau” brendi altında şərablar, “Abrau” kolleksiyasının qarışıq şərabları və “Abrau International” şərabı istehsal olunur.

İnvestisiya layihəsi Azərbaycan Respublikasının İxracın və investisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə həyata keçirilib. Başladığı andan “Abrau-Durso” ŞQ məhsullarını uğurla Azərbaycana idxal etməyə başlayıb: bu gün köpüklənən və köpüklənməyən ən yaxşı şərablar “Bravo”, “Araz”, “Qurmaniya” və digər əsas ticarət şəbəkələrində, habelə ölkənin aparıcı restoranlarında müştərilərə təqdim olunub. İxrac satışları da fəal şəkildə artmaqdadır: 2021-ci ildən bəri tədarükün həcmi 1,5 milyon butulkadan çox olmuşdur - hazırda “Az Abrau” Azərbaycandan Rusiyaya şərabın ən iri ixracatçısına çevrilib.

Gələcəkdə “Abrau-Durso”nun Azərbaycan ərazisində fəaliyyətinin mühüm bir istiqaməti onun “1870 Abrau-Durso” qastronomiya layihəsi olacaq. Restoranın konsepsiyası qonaqlara köpüklənməyən və köpüklənən “Abrau-Durso” şərabları ilə birlikdə Rusiyanın cənubunun qastronomiya ənənələrini yaradıcı şəkildə dəyərləndirmək imkanını verəcək. Restoranın təqdim etdiyi şərabların siyahısında “Abrau-Durso”, “Az Abrau” və digər şərab zavodlarının mükəmməl şərabları pərakəndə satış qiyməti ilə əlçatandır. Layihənin mühüm bir özəlliyi - qonaqların xoşladıqları şərabı ala biləcəkləri geniş çeşidli mağazadır. Bu gün “1870 Abrau-Durso” restoranları Rusiyanın müxtəlif şəhərlərində - Abrau-Dürso, Moskva, Novorossiysk, Gəlincik və Rostov-na-Donuda, həm də artıq Bakıda, Nizami küçəsi 48 ünvanında uğurla fəaliyyət göstərir.

“Abrau-Durso” Rusiyanın köpüklənən və köpüklənməyən şərablarının aparıcı istehsalçısıdır. “Abrau-Durso”nun xüsusi mülkü 1870-ci ildə imperator II Aleksandrın fərmanı ilə yaradılıb. “Abrau-Durso” müxtəlif şərab zavodlarının kolleksiyalarını təqdim edir: “Abrau-Durso”, “Vinodelnya Vedernikov”, “Loza” və s. 2022-ci ilin yekunlarına görə, “Abrau-Durso” 54,1 milyon butulka alkoqollu və alkoqolsuz məhsul satıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir