ABŞ AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ GÖRDÜYÜ TƏDBİRLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəzi dairə və məntəqə seçki komissiyaları barədə gördüyü tədbirləri yüksək qiymətləndirmişdir. Bunu, ABŞ-ın ATƏT-dəki səfiri Stefan Minikes yanvarın 19-da bu beynəlxalq təşkilatın Vyanada daimi şurasındakı çıxışında bəyan etmişdir.
ABŞ diplomatı vurğulamışdır ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, bələdiyyə seçkiləri prosesində yol verdikləri pozuntulara görə bir sıra şəxsləri işdən azad etməsi və 95 qanun pozuntusu ilə bağlı materialların araşdırılması üçün respublika prokurorluğuna göndərməsi təqdirəlayiq haldır.
Stefan Minikes ölkəsi adından Azərbaycan hökumətini qarşıdan gələn parlament seçkiləri zamanı şəffaflığın artırılması və oxşar qanun pozuntularının qarşısının alınması üçün səylər göstərməyə çağırmışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]