ABŞ AZƏRBAYCANIN QƏRB BAZARLARINA QAZ SATIŞINA KÖMƏK ETMƏYƏ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qrey Azərbaycanın və Türkmənistanın neft və qaz potensialına həsr edilmiş beynəlxalq konfransı dəstəkləmək üçün Aşqabaddan Bakıya gəlmişdir. O, jurnalistlərə müsahibəsində demişdir: “Biz Azərbaycan hökumətinin qərb bazarlarına qaz satışını davam etdirməsinə kömək etmək istəyirik”.
ABŞ Prezidentinin nümayəndəsi qeyd etmişdir ki, o, hər iki ölkənin paytaxtında görüşlər keçirmiş, boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi və enerji satışının şaxələnməsi məsələlərini müzakirə etmişdir. Boyden Qrey ABŞ-ın hər iki ölkə ilə qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır.
Amerkalı diplomat demişdir ki, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfəri çox yüksək səviyyədə keçmiş, ikitərəfli münasibətlərdə yeni mərhələ açmışdır. O qeyd etmişdir ki, bu, ABŞ vitse-prezidentinin Azərbaycana ilk səfəri idi.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]