ABŞ-da kişi və qadın tennisçilərin yarışları davam edir
Bakı, 24 avqust, AZƏRTAC
ABŞ-ın Sinsinati şəhərində kişi və qadın tennisçilərin yarışları davam edir. Hər iki turnirdə favoritlərin məğlubiyyəti maraq doğurub. Reytinqdə ilk üçlükdə yer alan Karolina Plişkovanın uduzması xüsusilə gözlənilməz nəticə kimi yadda qalıb.
AZƏRTAC xəbər verir ki, ATP seriyalı yarışın ilkin mərhələsində böyük britaniyalı Deniel Evans rusiyalı Andrey Rublyov ilə üz-üzə gəlib. Britaniyalı raketka ustası ilk seti xeyrinə tamamlayıb - 7:5. İkinci hissəni isə A.Rublyov irəlidə bitirib - 6:3. Amma üçüncü setdə D.Evans yenidən təşəbbüsə yiyələnərək qalib gəlib - 6:2. Beləcə reytinq cədvəlində 28-ci yerdə qərarlaşan britaniyalı idmançı 14 pillə geri qaldığı A.Rublyovu məğlub edərək onaltıdabir finala çıxıb.
Qadın tennisçilərin yarışında sensasiya qeydə alınıb. WTA reytinqində ilk üçlüyü tamamlayan çexiyalı K.Plişkova siyahıda 41-ci olan, rusiyalı Veronika Kudermetova ilə bacarmayıb. Hər iki setdə rusiyalı idmançının üstünlüyü qeydə alınıb - 7:5, 6:4. Beləliklə, rusiyalı idmançı səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]