ABŞ-DA QUŞ QRİPİ EPİDEMİYASI 1,9 MİLYON ADAMIN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR
ABŞ Səhiyyə Nazirliyinin bu proqnozu Amerika Sığorta İnformasiyası İnstitutunun yanvarın 18-də açıqlanmış tədqiqat materialından götürülmüşdür.
Tədqiqatda ABŞ Konqresi tədqiqat xidmətinin məruzəsindəki məlumatdan da istifadə olunmuşdur. Həmin məlumata görə, H5N1 ştammının doğurduğu quş qripi epidemiyası ABŞ iqtisadiyyatına iqtisadi tənəzzülə bərabər zərbə endirəcək, ÜDM 5 faiz azalacaqdır. Tədqiqatda bildirilir ki, təsvir edilən bu ssenari ekstremaldır və ABŞ-da daha zəif quş qripi epidemiyası zamanı ölənlərin, habelə ölkə iqtisadiyyatına dəyən zərərin məbləği xeyli az ola bilər. Epidemiya miqyasına görə 1957 və 1968-ci illərdəki qrip epidemiyaları kimi olarsa, ölkədə 209 min nəfərin öləcəyi, sığorta şirkətlərinin isə 31 milyard dollar ziyan çəkəcəyi proqnozlaşdırılır.
Hazırda bu ölkədə quş qripinin doğurduğu fəsadlardan hər il, orta hesabla, 36 min adam tələf olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]