ABŞ-da restoranda atışmada 4 nəfər ölüb, azı 20 nəfər yaralanıb
Vaşinqton, 12 oktyabr, AZƏRTAC
ABŞ-ın Cənubi Karolina ştatının Müqəddəs Helena ada şəhərində restoranda baş verən atışma nəticəsində 4 nəfər ölüb, azı 20 nəfər yaralanıb.
AZƏRTAC-ın məlumatına görə, hadisə yerli vaxtla gecə saatlarında baş verib. Polis xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğunu bildirib. Atışma zamanı hadisə yerində yüzlərlə insan olub.
Hadisənin təfərrüatı açıqlanmayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]