ABŞ DAĞLIQ QARABAĞI MÜSTƏQİL DÖVLƏT KİMİ TANIMIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ-ın Yerevandakı səfirliyi burada Dövlət Departamentinin Ermənistan KİV-ləri üçün xüsusi izahatını yaymışdır. Sənəddə deyilir: “ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Dağlıq Qarabağın hakimiyyət orqanlarını beynəlxalq səviyyədə tanımır. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi barədə siyasəti “dəyişməz olaraq qalır”.
Bəyanatda nəzərə çarpdırılır ki, “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu fikirdədir ki, Dağlıq Qarabağın gələcək statusunu tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesi vasitəsilə həll edəcəklər”.
Vaşinqtonda təsdiqləmişlər ki, “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dincliklə həllinə ATƏT-in Minsk qrupu vasitəsilə fəal kömək göstərməkdə davam edəcəkdir. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında davam edən danışıqlar Amerika tərəfində ümidlər doğurur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]