ABŞ Əfqanıstanda yeni missiyaya başlayır
Bakı, 26 may, AZƏRTAC
ABŞ öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmaq prosesinə paralel olaraq Kabil hökuməti və təhlükəsizlik qüvvələri ilə münasibətlərin başqa müstəvidə inkişafına yönələn yeni missiyaya başlayır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi dünən keçirdiyi brifinqdə məlumat verib.
“ABŞ bundan sonra Əfqanıstanla bütün hökumət sahələrində - diplomatik, iqtisadi və əlbəttə, təhlükəsizlik sahəsində yeni münasibətləri inkişaf etdirəcək. Bizim Əfqanıstan milli müdafiə idarələri və təhlükəsizlik qüvvələri ilə münasibətlərimiz davam edəcək, amma başqa formada davam edəcək”, - deyə mətbuat katibi qeyd edib.
Kirbi vurğulayıb ki, Birləşmiş Ştatlar qoşunları çıxarmaqla bu regionu tərk etmir. Orada hələ də təhlükələr mövcuddur.
Hazırda Əfqanıstandakı Amerika qoşunlarının 16-25 faizi çıxarılıb. ABŞ və NATO qoşunların rəsmi çıxarılması prosesinə mayın 1-də başlayıb. Sentyabrın 11-dək Əfqanıstanı 3500 Amerika hərbi qulluqçusu və NATO-nun 7000 əsgəri tərk etməlidir. Əməliyyatların pik vaxtında ABŞ və müttəfiqlərinin bu ölkədəki hərbçilərinin sayı 150 mindən çox idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]