ABŞ-ın gündəlik neft hasilatı rekord səviyyəyə çatıb
Bakı, 22 fevral, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalında yeni rekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 89 min barrel artaraq sutkada 12 milyon barrelə yüksəlib. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 11 min barrel azalıb, digər ştatlarda isə 100 min barrel artıb. Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 58 həftənin 44-də artım qeydə alınıb.
Beynəlxalq Enerji Agentliyi ABŞ-ın dünyanın ən böyük xam neft istehsalçısı olacağını proqnozlaşdırır.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]