ABŞ-ın İraqdakı hərbi bazası raket atəşinə tutulub
Tehran, 14 iyun, AZƏRTAC
Ötən gecə ABŞ-ın İraqdakı hərbi bazası yenə raket atəşinə məruz qalıb.
AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, Bağdad yaxınlığında yerləşən hərbi bazaya iki raket atılıb. Nəticədə hərbi bazadakı bəzi tikililərə ziyan dəyib. Atəş zamanı bazada olan ABŞ əsgərlərindən heç kim xəsarət almayıb.
İraqın xüsusi xidmət orqanları dərhal hadisə yerinə gəliblər. ABŞ və İraq mütəxəssisləri birgə araşdırma aparırlar.
Cari ildə ABŞ-ın İraqdakı hərbi bazalarına və səfirliyinə bir neçə dəfə hücum olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]