ABŞ-ın müharibə naziri Trampı “sülh prezidenti” adlandırıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Qəzza sektorunda vəziyyətin nizamlanması Donald Trampın “sülh prezidenti” olduğunu dünyaya nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ-ın müharibə naziri Pit Heqset səsləndirib.
“Dünya gördü ki, bizim prezidentimiz sülhə can atan, ABŞ-ın yanında olanları dəstəkləyən “sülh prezidentidir”, - deyə Pentaqon rəhbəri vurğulayıb.
O, həmçinin ABŞ liderinin Ukrayna münaqişəsində də analoji nəticə əldə edəcəyinə ümid etdiyini bildirib.
Heqset bəyan edib ki, ABŞ digər NATO ölkələrinin Ukrayna üçün silah alınmasına xərclərini artıracaqlarını gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]