ABŞ-ın sualtı qayığı Cənubi Koreya sahillərinə çatıb
Bakı, 22 noyabr, AZƏRTAC
“Carl Vinson” aviadaşıyıcısının ardından ABŞ-ın “USS Santa Fe” atom sualtı qayığı da Cənubi Koreya sahillərinə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.
“Birləşmiş Ştatların “Los-Anceles” sinfinə aid “USS Santa Fe” (SSN-763) atom sualtı qayığı Koreya Respublikasının cənubunda yerləşən “Çedjudo” hərbi-dəniz bazasına gəlib”, - deyə məlumatda bildirilir. Sualtı qayığın gəlişi Pxenyanın kəşfiyyat peykini uğurla orbitə çıxarması barədə məlumatı ilə üst-üstə düşüb.
“USS Santa Fe” atom sualtı qayığı noyabrın 21-də Koreya Respublikasının cənub-şərqində yerləşən Busan şəhərindəki hərbi-dəniz bazasına gələn “Carl Vinson” aviadaşıyıcı gəmisi ilə birlikdə ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun bir hissəsidir.
Qeyd edək ki, KXDR-in məlumatına görə, Tonçhan-ni poliqonundan start götürən “Çholima-1” daşıyıcı raketi “Malligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb. Pxenyan yaxın zamanlarda daha bir neçə peyki orbitə çıxarmağı planlaşdırdığını bildirib. Şimali Koreya cari ilin avqust və may aylarında bu istiqamətdə iki uğursuz cəhd etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]