ABŞ-ın Ukrayna ilə bağlı təkliflərinin təfərrüatları aydın olub
Bakı, 10 dekabr, AZƏRTAC
ABŞ-ın sülh planına Ukraynanın Avropa İttifaqına üzvlüyü və demilitarizasiya zonasının yaradılması daxildir.
AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, Vaşinqtonun münaqişənin həlli ilə bağlı təklifləri arasında Kiyevin 2027-ci ildə Avropa İttifaqına üzvlüyü və təmas xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması yer alıb. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması da nəzərdən keçirilir.
Birləşmiş Ştatlar, eyni zamanda, Zaporojye Atom Elektrik Stansiyasını öz idarəsi altına almaq, həmçinin Ukraynanın yenidən qurulması və onun iqtisadi inkişafı üçün sərmayədarlar cəlb etmək niyyətindədir.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin “özünü ələ alaraq” Vaşinqtonun hazırladığı sülh planına razılıq verməli olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]