ABŞ Prezidenti Mərkəzi Asiya liderləri ilə görüşüb
Bakı, 20 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında C5+1 dialoq formatında Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.
AZƏRTAC Ağ evin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.
Sammit tarixdə ilk dəfə C5+1 formatında yüksək səviyyədə keçirilən tədbir olub və BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub. Co Bayden görüş zamanı deyib: "Düşünürəm ki, bu, tarixi bir məqamdır. Biz Mərkəzi Asiya ilə ABŞ arasında münasibətləri uzun illər davam edən sıx əməkdaşlıq, suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlı ortaq öhdəliyə əsaslanan əməkdaşlıq üzərində qururuq".
ABŞ-ın əməkdaşlığı yeni zirvələrə qaldırdığını qeyd edən Co Bayden bildirib ki, Vaşinqton Mərkəzi Asiya regionunda təhlükəsizliyin maliyyələşdirilməsi, terrorla mübarizə, iqtisadiyyat, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin gücləndirilməsi və bir sıra başqa sahələr üzrə əməkdaşlığı gücləndirməyi hədəfləyir. O əlavə edib: "Bu gün səmərəli söhbətinizə görə hamınıza təşəkkür etmək istəyirəm və gələcəkdə daha da böyük işlər görmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]