ABŞ Prezidenti neft maqnatları ilə görüşdü: Hörmüz və OPEC gərginliyi
Bakı, 29 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin enerji sektoruna təsirlərini müzakirə etmək üçün neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, “Axios” portalının yaydığı məlumata görə, görüşdə Ağ Evin aparat rəhbəri Suzi Uayls, maliyyə naziri Skott Bessent, habelə xüsusi səfirlər Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. “Chevron”un nümayəndəsi şirkətin baş direktoru Mayk Uirtin iştirakını təsdiqləyib.
Adı açıqlanmayan Ağ Ev rəsmisi portala bildirib ki, Tramp daxili və beynəlxalq enerji bazarlarında vəziyyətin qiymətləndirilməsi üçün enerji şirkətləri rəhbərləri ilə müntəzəm görüşlər keçirir. Mövzular daxili hasilatı, Venesueladakı irəliləyişi, neft, təbii qaz və daşınma qiymətlərini əhatə edir.
Növbəti görüş Hörmüz boğazının bağlanmasının qlobal enerji təchizatında görünməmiş fəsadlar yaratdığı bir vaxtda baş tutub. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxdığını elan etməsi neft qiymətlərində daha bir artıma səbəb olub.
“Axios” qeyd edir ki, indi Tramp və Konqresdəki respublikaçılar ABŞ-də yüksək benzin qiymətlərinin siyasi nəticələrinə hazırlaşırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]