ABŞ PREZİDENTİ ÖTƏN İL 17 MİN DOLLARLIQ HƏDİYYƏ ALMIŞDIR
ABŞ Prezidenti velosiped idmanı ilə məşğul olur və təəccüblü deyildir ki, ona verilən hədiyyələr arasında 5,5 min dollar dəyərində velosiped, velokrossovkalar və velotrenajor da var.
Vitse-prezident Riçard Çeyninin 2005-ci ilin siyahısındakı hədiyyələrin ümumi dəyəri 39,7 min dollardır. Onların ən bahalısı Çeyninin evinin təsvir edildiyi rəsm əsəridir. Vitse-prezident ov etməyi xoşladığından, ilboyu ona çoxlu silah hədiyyə olunmuşdur. Ötən milad bayramında Buş və Çeyni də biri-birinə hədiyyə vermişlər. Vitse-prezident Prezidentə 400 dollarlıq binokl, Buş isə ona qamaq hədiyyə etmişdir.
Ağ evin nümayəndəsi Erin Hilinin sözlərinə görə, Prezidentin və vitse-prezidentin ABŞ vətəndaşlarından ala biləcəkləri hədiyyələrin məbləğinə məhdudiyyət qoyulmamışdır. Lakin qanuna görə, onlar hesabatda 305 dollardan bahalı əşyaların siyahısını göstərməlidirlər.
Xarici dövlət xadimlərindən alınan hədiyyələr xalqın sərvəti kimi arxivə verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]