ABŞ səfiri: Cənub Qaz Dəhlizi geosiyasi baxımdan unikaldır
Bakı, 19 avqust, AZƏRTAC
Cənub Qaz Dəhlizi kəmərinə bənzəyən meqalayihələr geosiyasi baxımdan unikaldır. Dəyəri milyardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatlarına təsir edən layihələrın uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberger “2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumu”nda deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi bir sıra dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu layihə Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq.
“Cənub Qaz Dəhlizinin tamamlanması demək olar ki, başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik”, - deyə səfir vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]