ABŞ SƏFİRİNİN AZƏRBAYCANIN CƏNUB BÖLGƏSİNƏSƏFƏRİ BAŞA ÇATMIŞDIR
ABŞ səfirliyinin maliyyə dəstəyi ilə bir il müddətində bu təhsil ocağında həyata keçiriləcək “Şəffaf məktəbin idarəsi” layihəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Layihədən əsas məqsəd məktəbdə şəffaf qərar qəbul etmə modelini yaratmaq, antikorrupsiya mövzusuna dair dərsliklər və proqramlar hazırlamaq, valideyn-şagird ictimai birlikləri məktəbin büdcə prosesinə cəlb etməkdir.
Məktəbin direktoru Yeganə Babayeva, layihənin əlaqələndiricisi Gültəkin Allahverdiyeva, Lənkəran Dövlət Universitetinin və məktəb-liseyin müəllimləri, valideynlər və məktəbdə fəaliyyət göstərən şagird parlamentinin nümayəndələri rəy və təkliflərini bildirmişlər.
Ann Ders layihənin icrasında yardımçı olacağını demişdir.
Həmin gün amerikalı diplomat Masallı rayonunun Təklə kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentlinin maliyyə dəstəyi ilə icra olunmuş layihələr çərçivəsində çəkilmiş içməli su xəttinin və bərpa edilmiş avtomobil yolunun açılışında iştirak etmişdir.
Mərasimdə Masalı Rayon İcra Hakimiyyəti Başçısının müavini Ələşrəf Mehdiyev, ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders çıxış edərək yerli sakinləri hər iki layihənin başa çatması münasibətilə təbrik etmişlər.
Amerikalı diplamat bölgəyə səfərinin ikinci günü ABŞ-ın ölkəmizdə həyata keçirdiyi Azərbaycanda Biznesə Dəstək və İnkişaf Proqramı (ABAD) çərçivəsində Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki “Elvin-2” kiçik müəssisəsində tərəvəz məhsullarının saxlanılması üçün yeni tikilmiş soyuducu anbarının açılış mərasimində iştirak etmişdir.
Müəssisə üçün tikilmiş iki soyuducudan ibarət 50 tonluq saxlama anbarı 37 min dollara başa gəlmişdir.
Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, Nazirlər Kabinetinin məsul işçisi Ramin Talıblı, “Elvin-2” müəssisənin direktoru Ağalı Hüseynov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində Cəlilabadda həyata keçirilən tədbirlərdən danışmış, Azərbaycanla bütün sahələrdə uğurlu əməkdaşlıq edən ABŞ hökumətinin respublikamızda kənd təsərrüfatının inkişfına göstərdiyi dəstəyi yüksək qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [19:29]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [19:21]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:09]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [19:07]