ABŞ SƏFİRİNİN AZƏRBAYCANIN CƏNUB BÖLGƏSİNƏSƏFƏRİ BAŞA ÇATMIŞDIR
ABŞ səfirliyinin maliyyə dəstəyi ilə bir il müddətində bu təhsil ocağında həyata keçiriləcək “Şəffaf məktəbin idarəsi” layihəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Layihədən əsas məqsəd məktəbdə şəffaf qərar qəbul etmə modelini yaratmaq, antikorrupsiya mövzusuna dair dərsliklər və proqramlar hazırlamaq, valideyn-şagird ictimai birliklərini məktəbin büdcə prosesinə cəlb etməkdir.
Məktəbin direktoru Yeganə Babayeva, layihənin əlaqələndiricisi Gültəkin Allahverdiyeva, Lənkəran Dövlət Universitetinin və məktəb-liseyin müəllimləri, valideynlər və məktəbdə fəaliyyət göstərən şagird parlamentinin nümayəndələri rəy və təkliflərini bildirmişlər.
Ann Ders layihənin icrasında yardımçı olacağını demişdir.
Həmin gün amerikalı diplomat Masallı rayonunun Təklə kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə icra olunmuş layihələr çərçivəsində çəkilmiş içməli su xəttinin və bərpa edilmiş avtomobil yolunun açılışında iştirak etmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Ələşrəf Mehdiyev, ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders çıxış edərək yerli sakinləri hər iki layihənin başa çatması münasibətilə təbrik etmişlər.
Amerikalı diplomat bölgəyə səfərinin ikinci günü ABŞ-ın ölkəmizdə həyata keçirdiyi Azərbaycanda Biznesə Dəstək və İnkişaf Proqramı (ABAD) çərçivəsində Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki “Elvin-2” kiçik müəssisəsində tərəvəz məhsullarının saxlanılması üçün yeni tikilmiş soyuducu anbarının açılış mərasimində iştirak etmişdir.
Müəssisə üçün tikilmiş iki soyuducudan ibarət 50 tonluq saxlama anbarı 37 min dollara başa gəlmişdir.
Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Nazirlər Kabinetinin məsul işçisi Ramin Talıblı, “Elvin-2” müəssisəsinin direktoru Ağalı Hüseynov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində Cəlilabadda həyata keçirilən tədbirlərdən danışmış, Azərbaycanla bütün sahələrdə uğurlu əməkdaşlıq edən ABŞ hökumətinin respublikamızda kənd təsərrüfatının inkişfına göstərdiyi dəstəyi yüksək qiymətləndirmişlər.