ABŞ SƏFİRLİYİ HEMFRİ TƏQAÜD PROQRAMINI ELAN ETMİŞDİR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Departamentinin maliyyələşdirdiyi proqram Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələrindən orta təcrübəli peşəkarlara Birləşmiş Ştatlarda birillik təhsil və təcrübə almaq imkanı verir.
Təbii ehtiyatlar, ətraf mühitin idarə edilməsi, iqtisadiyyat, kənd təsərrüfatı, maliyyə, bank işi, şəhər və rayonlarda planlaşdırma, səhiyyə, texnologiya, təhsil, hüquq, kommunikasiya, jurnalistika, ingilis dilinin xarici dil kimi tədrisi, QİÇS-in təhlili, profilaktikası və digər sahələri əhatə edən təqaüdlərin qalibləri müsabiqə yolu ilə müəyyən olunacaqdır.