ABŞ və Aİ təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər
Bakı, 21 oktyabr, AZƏRTAC
ABŞ və Avropa İttifaqı (Aİ) müdafiə və təhlükəsizlik sahəsində praktiki əməkdaşlığı gücləndirməyə sadiqdirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü dərc olunan ABŞ-Aİ sammitinin bəyanatında deyilir.
"Biz Aİ-ABŞ əməkdaşlığını və təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirəcək və dərinləşdirəcəyik. Bu, qarşılıqlı maraq doğuran teatrlarda praktiki əməkdaşlığın artırılmasını əhatə edə bilər", - sənəddə qeyd olunur.
"NATO müttəfiqlərin kollektiv təhlükəsizliyinin təməli olaraq qalır və Avro-Atlantik təhlükəsizlik baxımından əsas rol oynayır. Biz qlobal və transatlantik təhlükəsizliyə müsbət təsir göstərən, NATO ilə bir-birini tamamlayan və qarşılıqlı fəaliyyət göstərən daha güclü və bacarıqlı Avropanın müdafiəsinin dəyərini qəbul edirik”, - bəyanatda vurğulanır.
“Biz ABŞ Müdafiə Nazirliyi ilə Avropa Müdafiə Agentliyi arasında inzibati sazişlərin imzalanmasını alqışlayırıq”, - deyə tərəflər qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]