ABŞ vətəndaşlarının Livandan təxliyəsi planı hazırlanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
ABŞ-ın prezident administrasiyası Livanda vəziyyətin gərginləşəcəyi təqdirdə amerikalıların təxliyəsi planını hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” Pentaqonun nümayəndələrinə istinadla məlumat yayıb.
Nəşr bildirir ki, hakimiyyət orqanları Livandan təxliyənin bir neçə variantını təqdim ediblər. Onlardan biri 50 minə yaxın ABŞ vətəndaşının Kiprə təxliyə edilməsini nəzərdə tutur. Dövlət Departamentinin 2022-ci ilə olan məlumatına görə, Livanda təxminən 86 min amerikalı yaşayır.
Qeyd edək ki, Vaşinqton son aylarda hərbi əməliyyatların artması riski səbəbindən öz vətəndaşlarını Livanı tərk etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]